Mikael Ajapahyan həbs edildi – VİDEO/YENİLƏNİB

Mikael Ajapahyan həbs edildi - VİDEO/YENİLƏNİB

Erməni Apostol Kilsəsinin Şirak Yeparxiyasının rəhbəri, arxiyepiskop Mikael Acapaxyan haqqında iki aylıq həbs qətimkan tədbiri seçilib.

***

Ermənistanda iğtişaşlara səbəb olan və açıq şəkildə hakimiyyətə qarşı çıxan arxiyepiskop Mikael Ajapahyan məhkəməyə aparılıb.

Məlumata görə, məhkəmədə onun barəsində həbs qətimkan tədbirinin seçilməsi gözlənilir.

Qeyd edilib ki, hüquq-mühafizə orqanlarının əməkdaşları Ermənistanın İstintaq Komitəsinin binasını tərk edib.

***18:56

Hüquq-mühafizə orqanları Apostol Kilsəsinin Şirak yeparxiyasının rəhbəri, arxiyepiskop Mikael Ajapahyana dəstək vermək üçün Ermənistan İstintaq Komitəsinin binası qarşısında toplaşan vətəndaşları saxlamağa başlayıb.

***

Erməni Apostol Kilsəsinin Şirak Yeparxiyasının rəhbəri, arxiyepiskop Mikael Ajapahyan Ermənistan İstintaq Komitəsinin (İK) İrəvandakı binasına gəlib və artıq onun saxlanılması barədə qərar qəbul edilib.

Globalinfo.az xəbər verir ki, bu barədə TASS məlumat yayıb.

Qeyd olunur ki, arxiyepiskop buraya Eçmiədzindən gəlib. Orada təhlükəsizlik qüvvələri din xadimini konstitusiya quruluşunun devrilməsinə açıq çağırış ittihamı ilə saxlamağa çalışıblar.

Ermənistan Milli Təhlükəsizlik Xidmətinin xüsusi təyinatlıları arxiyepiskopu dərhal İstintaq Komitəsinin binasına aparıblar. Binanın yaxınlığındakı bütün küçə və ona bitişik həyətlər polis tərəfindən mühasirəyə alınıb. Din xadiminin tərəfdarları da İstintaq Komitəsinin yanında toplaşıblar.

***15:38

Ermənistanda Şirak yeparxiyasının iqamətgahında aparılan axtarışlardan sonra vətəndaşlar əraziyə toplaşıb. Nəticədə qarşıdurma yaranıb.

Globalinfo.az xəbər verir ki, Ermənistan Milli Təhlükəsizlik Xidməti ərazidən geri çəkilmək qərarına gəlib.

Bununla bağlı qurum bəyanat yayıb.

Ermənistan Milli Təhlükəsizlik Xidməti bütün vətəndaşları vəziyyəti gərginləşdirməkdən çəkinməyə və hüquq-mühafizə orqanlarının qanuni qərarlarının icrasına mane olmamağa səsləyir. Biz arxiyepiskop Mikael Ajapahyanı hüquq-mühafizə orqanlarından gizlənməməyə çağırırıq.

MTN ictimai asayişin və təhlükəsizliyin təmin edilməsi ilə bağlı qanunla müəyyən edilmiş funksiyalarını yerinə yetirməkdə davam edir. Hüquq-mühafizə orqanlarının qanuni hərəkətlərinə mane olma hallarına hüquqi qiymət veriləcək”, – deyə qurum əlavə edib.

***11:59

Şirak yeparxiyasının iqamətgahında aparılan istintaq hərəkətləri başa çatıb.

Globalinfo.az xəbər verir ki, bu barədə erməni KİV-lərində yazılıb.

Hüquq-mühafizə orqanlarının əməkdaşları oradan ayrılıb”, – deyə bildirilib.

Məlumata görə, Ermənistan Milli Təhlükəsizlik Xidmətinin (MTX) maskalı xüsusi təyinatlıları erməni kilsəsinin başçısının iqamətgahının ərazisinə də daxil olublar. Bütün ermənilərin katolikosu II Qaregin özü təhlükəsizlik qüvvələrinin qarşısına çıxıb.

***11:16

Ermənistanda 30-a yaxın maskalı şəxs Şirak yeparxiyasının qərargahına basqın edib.

Globalinfo.az xəbər verir ki, bu barədə erməni vəkil Miqran Poqosyan sosial şəbəkədə məlumat verib.

Hadisə bu gün, səhər saatlarında baş verib.

Şirak yeparxiyasının lideri Mikael Ajapahyan xəbəri təsdiqləyib, amma orada olmadığını bildirib.

Həmin şəxslərin Ermənistan Milli Təhlükəsizlik Xidmətinin xüsusi təyinatlıları olduğu deyilib.

Qeyd edək ki, 17 iyun 2025-ci il tarixdə Mikael Ajapahyana qarşı Ermənistan Cinayət Məcəlləsinin 422-ci maddəsinin 2-ci bəndi ilə (hakimiyyəti ələ keçirməyə, ərazi bütövlüyünü pozmağa, konstitusiya quruluşunu zorla devirməyə açıq çağırışlar) cinayət işi başlanıb.

Xatırladaq ki, iyunun 25-də Ermənistan İstintaq Komitəsi arxiyepiskop Baqrat Qalstanyanın rəhbərlik etdiyi “Müqəddəs mübarizə” hərəkatının üzvlərinin ölkədə hakimiyyəti ələ keçirmək məqsədi ilə terror aktları hazırlaması barədə məlumat yayıb.

B.Qalstanyanın və tərəfdarlarının evlərində genişmiqyaslı axtarışlar aparılıb. Həmin gün axşam saatlarında məhkəmə onları həbs edib. Son günlər Ermənistanda dövlət çevrilişi planlaşdırmaqda ittiham edilən 15 nəfər saxlanılıb.

Əliyar Xəlil
Globalinfo.az