ABŞ Prezidenti Donald Tramp Konqresə 2026-cı il üçün rekord məbləğdə — 1,01 trilyon dollar həcmində müdafiə büdcəsi təqdim edib. Bu, 2025-ci illə müqayisədə 13% artım deməkdir.
Globalinfo.az xəbər verir ki, bu barədə “UNİAN” məlumat yayıb.
Tramp administrasiyası həmçinin ABŞ Kosmik Qüvvələrinə ayrılan vəsaitin 40 milyard dollara çatdırılmasını, yəni təxminən üçdəbir artırılmasını planlaşdırır.
Ekspertlər hesab edir ki, bu artım həm Çinlə artan geosiyasi rəqabət, həm də texnologiya və orbit sahəsində üstünlük qazanmaq istəyi ilə bağlıdır.
Aysel Əliyeva
Globalinfo.az














