vv

ABŞ Prezidenti Donald Tramp NATO-nun Haaqa sammiti çərçivəsində görüşdən sonra Ukrayna Prezidenti Volodimir Zelenski haqda müsbət sözlər deyib”.

Globalinfo.az xəbər verir ki, bu barədə “Financial Times” məlumat yayıb.

“Trampın Zelenskiyə simpatiyası yaranıb. O, Ukrayna lideri ilə münasibətlərdə çətin vaxtlar keçdiyini qeyd edib. Həmçinin bildirib ki, Zelenski münaqişəyə son qoymaq istəyir. Ağ Ev rəhbəri bunun vaxtının çatdığını deyib. O, Rusiyaya qarşı daha soyuqqanlı mövqe nümayiş etdirib”.

Qeyd edək ki,  Volodimir Zelenski NATO sammiti çərçivəsində Donald Trampla danışıqlar aparıb. İclas 40 dəqiqə davam edib.

Əliyar Xəlil
Globalinfo.az

Paylaş: