“ABŞ yenidən İrana hücum edərsə, hədəflərə daha həssas zərbələr endirəcəyik”.
Globalinfo.az xəbər verir ki, bunu İran parlamentinin milli təhlükəsizlik və xarici siyasət komitəsinin üzvü Əhməd Əcəm deyib.
“İranın cavab əməliyyatı ABŞ-ın hərəkətləri ilə mütənasib idi. Biz onların davranışlarını izləyirik. Əgər onlar torpaqlarımıza yenidən hücum etməyə cəsarət etsələr, əməliyyatların miqyası genişlənəcək. Daha böyük və mühüm hədəflər var”.
Əliyar Xəlil
Globalinfo.az