madiro

Venesuela Prezidenti Nikolas Maduronun oğlu Querra atasının ABŞ qüvvələri tərəfindən əsir götürülməsindən sonra açıqlama verib.

Globalinfo.az xəbər verir ki, bu barədə xarici mediada məlumat yayılıb.

Ata, sən qayıdana qədər vəzifəmizi yerinə yetiririk. Vətən etibarlı əllərdədir. Tezliklə Venesuelada bir-birimizi qucaqlayacağıq”, – deyə o, müraciətində ağlayaraq bildirib.

Querra həmçinin qeyd edib ki, dövlət başçılarının qaçırılmasını qəbul etmək heç bir ölkənin təhlükəsiz olmadığını göstərir:

“Bu gün bu, Venesueladır. Sabah isə tabe olmaqdan imtina edən istənilən ölkə ola bilər”.

Qeyd edək ki, 3 yanvar 2026-cı ildə ABŞ qüvvələri Venesuelaya hücum edərək Prezident Nikolas Maduro və həyat yoldaşını əsir götürüb.

Əliyar Xəlil
Globalinfo.az 

Paylaş: