Baş nazir Benyamin Netanyahu ABŞ Prezidenti Donald Trampın İsraillə İran arasında atəşkəs razılaşması barədə bəyanatından sonra təhlükəsizlik kabinetinin məhdud iclasını keçirir.
Globalinfo.az xəbər verir ki, bu barədə CNN mənbələrə istinadən məlumat yayıb.
Məlumata görə, iclasda strateji planlaşdırma naziri Ron Dermer, xarici işlər naziri Gideon Saar, müdafiə naziri İsrael Kats, İsrailin ultradini partiyasının lideri Şas Arye Deri, milli təhlükəsizlik naziri İtamar Ben-Qvir və maliyyə naziri Bezalel Smotriç iştirak edir.














