“Rusiya Prezidenti Vladimir Putinlə İranın xarici işlər naziri Abbas Araqçı arasında heç bir görüş olmayıb”.
Globalinfo.az xəbər verir ki, bunu Kremlin mətbuat katibi Dmitri Peskov deyib.
“İranın ali dini rəhbəri Əli Xameneidən kömək mesajı almamışıq. Hələ heç kim Putinə bunu çatdırmayıb”, – o əlavə edib.
Bundan əvvəl “Reuters” mənbələrə istinadən xəbər vermişdi ki, Abbas Araqçı Vladimir Putinə Xameneinin məktubunu təqdim etməlidir.
Əliyar Xəlil
Globalinfo.az