sepah yeni

İran İslam İnqilabı Keşikçiləri Korpusunun Qüds qüvvələrinin yüksək rütbəli zabiti Behnam Şəhriyari İsrailin İranın qərbində bugecəki hava hücumu nəticəsində öldürülüb.

Globalinfo.az Axar.az -a istinadən xəbər verir ki, bu barədə İsrail ordusu açıqlama yayıb.

Bildirilib ki, Şəhriyari İranın vəkil qruplarına, xüsusilə Hizbullaha gizli şəkildə silah ötürülməsinə cavabdeh olan Qüds qüvvələrinin 190-cı bölməsinə rəhbərlik edib.

O, avtomobillə hərəkət edərkən İsrail ordusunun hədəfinə çevrilib.

“İsrail 2009-cu ildən Şəhriyarini hədəf almağa çalışır. 190-cı bölmə İranın Livanda Hizbullahı, Qəzzada Fələstin terror qruplarını və Yəməndə Husiləri silahlandırmaq səylərinə cavabdeh olub. Şəhriyari İran rejimindən onun Yaxın Şərqdəki müvəkkillərinə bütün silahların ötürülməsinə cavabdeh idi”, – məlumatda vurğulanıb.

Qeyd edək ki, İsrail katz bundan öncə oktyabrın 7-də törədilən qırğına hazırlıq zamanı HƏMAS-ı maliyyələşdirən və silahlandıran SEPAH-ın Qüds Qüvvələrinin Fələstin korpusunun komandiri Məhəmməd Səid İzadinin Qum şəhərindəki mənzilində qətlə yetirildiyini açıqlamışdı.

Paylaş: