AA 20250620 38339309 38339307 CUMHURBASKANI ERDOGAN ERMENISTAN BASBAKANI PASINYANI KABUL ETTI scaled

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ermənistanın Baş naziri Nikol Paşinyanı Dolmabağça sarayında qəbul edib. Görüş zamanı ikitərəfli münasibətlər və regional proseslər müzakirə olunub.

Globalinfo.az xəbər verir ki, bu barədə Prezident Administrasiyasının Kommunikasiya İdarəsi məlumat yayıb.

Qeyd olunur ki, qəbulda əsas diqqət TürkiyəErmənistan təmasları, Cənubi Qafqazda sülh və dialoq prosesləri, eləcə də bölgəni maraqlandıran aktual hadisələrə yönəlib.

Prezident Ərdoğan görüşdə cari geosiyasi vəziyyətdə Azərbaycanla Ermənistan arasında sülh danışıqları çərçivəsində əldə edilən razılaşmanın əhəmiyyətini xüsusi vurğulayıb.

Ərdoğan həmçinin bildirib ki, Türkiyə bölgənin inkişaf etdirilməsi istiqamətində atılan addımlara hər cür dəstəyi göstərməkdə davam edəcək.
Görüş zamanı Türkiyə ilə Ermənistan arasında normallaşma prosesində atıla biləcək addımlar da gündəmdə olub.

Prezident əlavə edib ki, Ankara təkcə Qafqazda deyil, bütün bölgədə sabitliyin təmin olunması üçün diplomatiyanın bütün imkanlarından istifadə edir. O, İsrailin İrana qarşı hücumları ilə başlayan zorakılıq dalğasının region üçün yaratdığı riskləri azaltmaq məqsədilə digər liderlərlə əlaqələri davam etdirdiyini də qeyd edib.

***

Türkiyə təkcə Cənubi Qafqazda deyil, ümumilikdə bütün bölgədə sabitliyin və sülhün təmin olunması üçün diplomatiyanın bütün imkanlarından istifadə edir.

Globalinfo.az xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ermənistanın Baş naziri Nikol Paşinyanla görüş zamanı deyib.

Onun sözlərinə görə, Ankara regional əməkdaşlıq və dialoqu təşviq etməkdə qətiyyətlidir.

Qeyd edək ki, tərəflər arasında görüşün başa çatdığı bildirilir.

***

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ermənistanın Baş naziri Nikol Paşinyanı Dolmabağça sarayında rəsmi mərasimlə qarşılayıb. 

Globalinfo.az xəbər verir ki, bu barədə Anadolu Agentliyi məlumat yayıb.

Tərəflər arasında keçirilən görüşdə Türkiyənin xarici işlər naziri Hakan Fidan və Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan da iştirak edib.

*** 20:13

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla Ermənistanın Baş naziri Nikol Paşinyan arasında görüş başlayıb. Globalinfo.az xəbər verir ki, bu barədə Baş nazirin mətbuat katibi Nazeli Baqdasaryan məlumat yayıb.

photo 2025 06 20 20 11 21 AA 20250620 38339287 38339286 CUMHURBASKANI ERDOGAN ERMENISTAN BASBAKANI PASINYANI KABUL ETTI scaled AA 20250620 38339309 38339306 CUMHURBASKANI ERDOGAN ERMENISTAN BASBAKANI PASINYANI KABUL ETTI scaled AA 20250620 38339309 38339303 CUMHURBASKANI ERDOGAN ERMENISTAN BASBAKANI PASINYANI KABUL ETTI scaled AA 20250620 38339309 38339304 CUMHURBASKANI ERDOGAN ERMENISTAN BASBAKANI PASINYANI KABUL ETTI scaled

Paylaş: