İsrail İranın şimalında, Xəzər dənizi sahilində yerləşən Rəşt şəhərini hədəfə alıb.
Globalinfo.az xəbər verir ki, bu barədə IRNA agentliyi məlumat yayıb.
İranın Gilan vilayətinin vitse-qubernatoru Əli Baqeri bildirib ki, bu gün səhər saatlarında Rəştdəki Sefidrud texnologiya parkının ərazisi hücuma məruz qalıb.
Agentliyin əlavə məlumatına əsasən, sənaye zonasında partlayış baş verib.
Əliyar Xəlil
Globalinfo.az