ekber qosali

Əkbər Qoşalının Qanlı Yanvarla bağlı yazısı Türkiyənin nüfuzlu dərgisində yayınlanıb.

Globalinfo.az xəbər verir ki, Milli Məclisin Mədəniyyət komitəsinin eksperti, Mədəniyyət Nazirliyi İctimai Şurasının sədr müavini, Beynəlxalq “ALAŞ” Ədəbiyyat Mükafatı laureatı şair Əkbər Qoşalının Qanlı 20 Yanvar faciəsinin 33-cü ildönümü ilə bağlı qələmə aldığı yazısı qardaş Türkiyədə nüfuzlu dərgidə yayınlanıb.

Mərkəzi qərargahı İstanbulda yerləşən, Türk dünyasının böyük şəxsiyyəti  Turan Yazqan xocanın (və onun fikir yoldaşlarının) yadigarı olan nüfuzlu Türk Dünyası Araşdırmaları Vəqfinin mətbu orqanı olan “TARİH” – Türk dünyası tarix, mədəniyyət dərgisində yer alan yazı son 3 ildə qərənfillərin xarıbülbül qoxumasına vurğu edərək başlayır. Dərginin redaksiyası yazının adını da “Xarıbülbül” olaraq qeyd edib.

Yazıda XX yüzilin 90-cı illərinə səyahət edilir, 20 Yanvar hadisələri, Azərbaycan xalqının cəsarəti, əyilməzliyi şərh olunur. Nəhayət 2020-ci ildə 44 günlük müharibədə qazanılmış tarixi Zəfərlə bütün şəhidlərimizin ruhunun əbədi şadlıq tapdığı vurğulanır.

Bu, yazarın son bir il içində “TARİH”də çıxan üçüncü irihəcmli yazısıdır. Bundan öncə ermənilərin Orta Asiya “politika”sından və Türk xalqları ədəbiyyatının dövrləşməsindən bəhs edən araşdırma yazıları Türk dünyası oxucularına təqdim olunmuşdu.

19cb46ea 2cf1 4fbf 8081 49fd88c906c5 1c32b344 05ce 4bdc 98c2 9b5b49e9b156 9e8b5b96 7cc7 4da4 ae0b 31965885ffbc 3c3e589b dde0 45a1 b3ea 6ba1cf2e5169

Paylaş: