Globalinfo.az saytının rəhbəri Azər Ayxan cənablarına.
“Qədim Xankəndi” restoranını icarə müqaviləsi əsasında istifadə edən sahibkar Zeynalov Aqil Qabil oğlu tərəfindən
Müraciət:
“Bu gün rəhbərlik etdiyiniz saytda “Qarabağda tualet biabırçılığı” – “Qədim Xankəndi”də ağılalmaz qadağa” başlıqlı yazı dərc olunub. Burda səslənən fikirlər həqiqəti əks etdirmir. Şər, böhtan xarakterlidir. Restoranın daxilində iki, həyətində isə bir tualet var. Qazi polkovnikin ailə mənsublarından kimsə tualetdən istifadə ilə bağlı müraciət etməyib. Yazıda adı çəkilən Elşad adlı işçimiz yoxdur. Müəllifin yazıda göstərdiyi tarixlə bağlı araşdırma aparıldı, kamera görüntülərinə baxıldı. Yazıda səsləndirilənlər təsdiqini tapmadı. Restoranda olan müştərilərdən başqa yəni kənar adamlar üçün açıq havada 5-6 ay əvvəl yeni tualet tikilib. Bu tualetdən də istənilən şəxs rahat şəkildə istifadə edir. Heç bir fakta söykənməyən yazı dərc etməklə mənim sahibkar kimi işgüzar nüfuzuma xələl gətirilib. Qarşı tərəf olaraq mövqeyim öyrənilməyib. Bu isə jurnalist peşəkarlığından uzaqdır. Əgər fikirlərim dərc olunmasa, məhkəməyə müraciət edəcəyəm”.