ukukuk1

“İsrail Ukraynaya köhnəlmiş “Patriot” raket sistemləri göndərməyib, bu, doğru deyil”. 

Globalinfo.az xəbər verir ki, bu barədə İsrail Xarici İşlər Nazirliyinin “RİA Novosti”nin sorğusuna cavabında deyilir.

“İsrail Ukraynaya “Patriot” sistemlərini ötürməyib. Belə bir məlumat doğru deyil”, – nazirlik bildirib.

Qeyd edək ki, ötən gün İsrailin Ukraynadakı səfiri Mixail Brodski “Patriot” sistemlərinin artıq Kiyevə çatdırıldığını açıqlamışdı.

Əliyar Xəlil
Globalinfo.az

Paylaş: