Azərbaycanın Xalq artisti, aktrisa Leyla Şıxlinskaya illər sonra yenidən ekranda görünüb. Verilişlərin birində qonaq qismində iştirak edən Leyla Şıxlinskayanın görünüşü izləyicilər tərəfindən rəğbətlə qarşılanıb.
Gobalinfo.az xəbər verir ki, Əməkdar artist Nailə İslamzadə onunla görüntüsünü paylaşıb.
“Kinomuzun Gülçöhrəsi, Əsməri Leyla Şıxlinskaya ilə çoxdan görüşmürdük, “Ötən günlər” in növbəti buraxılışında görüşdük, mən ona, o da mənə məəttəl qaldıq ki…nəyə? Onu yazmıram, sadəcə deyirəm ki, ruhunuzu yüksək tutun, dostlar”, – paylaşımda deyilir.
View this post on Instagram














