Bakı-Sumqayıt yolunda uzun tıxac yaranıb.

Globalinfo.az xəbər verir ki, yaranan sıxlıqla əlaqədar vətəndaşlar mənzil başına çatmaqda çətinlik çəkir.

Belə ki, Bakı-Sumqayıt istiqamətində hərəkət dayandığı üçün ictimai nəqliyyat və taksi tapmaq çətinləşib.

Globalinfo.az-ın qeyd edilən ərazidə olan əməkdaşının verdiyi məlumata görə, “manatlıq taksi” kimi fəaliyyət göstərən sürücülər qiyməti 10 dəfə bahalaşdırıb.
Adi günlərdə adambaşına 1 manata qət edilən yolu, hazırda 10 manatdan aparmaq təklif olunur.

IMG 20250605 WA0065 IMG 20250605 WA0066

Zaira Akifqızı 

Globalinfo.az 

Paylaş: