“Ermənistan xarici işlər naziri Ararat Mirzoyan komanda daxilində qalmaqallardan kənarda durmağa çalışır”.
Globalinfo.az xəbər verir ki, bu barədə “Joqovurd” qəzetinin məqaləsində qeyd olunub.
Nəşr xatırladıb ki, bu gün nazir parlamentdə 2024-cü il dövlət büdcəsinin icrası ilə bağlı illik hesabatı təqdim edəcək:
“Mirzoyan hakimiyyət üzvləri ilə az əlaqə saxlayır. KP-çilər deyirlər ki, o, hadisələrə müdaxilə etmək fikrində deyil, ancaq öz işi ilə məşğuldur. Hətta Mirzoyan KP-nin intriqalarına qarışmamaq üçün İdarə Heyətinin üzvü olmaqdan imtina edib”.
Qəzetin məlumatına əsasən, nazir köhnə dostları ilə də əlaqələrini kəsib.
Əliyar Xəlil
Globalinfo.az