ADY sədrinin müşaviri Münhendə Orta Dəhliz üzrə görülən işlərdən danışdı – FOTO

ADY sədrinin müşaviri Münhendə Orta Dəhliz üzrə görülən işlərdən danışdı - FOTO

“Azərbaycan Dəmir Yolları” QSC-nin (ADY) sədrinin müşaviri Emil Məmmədov Almaniyanın Münhen şəhərində keçirilən “Transport Logistic 2025” sərgisi çərçivəsində “İntermodal daşımaların yenidən dəyərləndirilməsi: Trans-Xəzər marşrutu üzrə maneəsiz hərəkət və özəl sektorun rolu” mövzusunda panel müzakirələri zamanı ADY-nin Orta Dəhliz kimi tanınan Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutunun inkişafı üzrə gördüyü işlərdən və gələcək planlardan danışıb.

ADY-dən Globalinfo.az -a verilən məlumata görə, ADY tərəfindən beynəlxalq tərəfdaşlarla aparılan davamlı və aktiv danışıqlar nəticəsində Orta Dəhlizlə konteyner daşımalarının həcm və payının ildən-ilə artdığı qeyd olunub. ADY 2025-ci ilin 4 ayında ötən ilin müvafiq dövrünün göstəricisinə nisbətən konteyner daşımalarını 56 faiz artırıb.

Özbəkistan və Qazaxıstan dəmiryol administrasiyalarının, Türkiyə Prezidentinin Maliyyə İdarəsinin və Almaniyanın “Rhenus Group” şirkətinin yüksək səviyyəli nümayəndələrinin iştirak etdiyi paneldə Orta Dəhliz boyunca darboğazların aradan qaldırılması, multimodal inteqrasiyanın gücləndirilməsi və daşımaların həcminin artırılması ilə bağlı mövcud baxışlar dəyərləndirilib.

Paneldə xüsusi diqqət dövlət və özəl əməkdaşlığına və transsərhəd ticarət axınında praktik təkmilləşdirmələrə yönəldilib.

ADY sədrinin müşaviri Münhendə Orta Dəhliz üzrə görülən işlərdən danışdı - FOTOADY sədrinin müşaviri Münhendə Orta Dəhliz üzrə görülən işlərdən danışdı - FOTOADY sədrinin müşaviri Münhendə Orta Dəhliz üzrə görülən işlərdən danışdı - FOTO