Britaniya Ukraynaya bu silahın tədarükünü kəskin artırır – Rəqəm

Britaniya Ukraynaya bu silahın tədarükünü kəskin artırır – Rəqəm

Böyük Britaniya bu il Ukraynaya göndərilən dronların sayını 10 dəfə artıraraq 100 min ədədə çatdıracaq.

Globalinfo.az xəbər verir ki, bu barədə ölkənin müdafiə naziri Con Hili “Ramştayn” formatında keçirilən toplantıda bəyan edib.

Böyük Britaniya Ukraynaya hərbi dəstəyini gücləndirməyə davam edir. Con Hilinin sözlərinə görə, yeni dron tədarükü Ukraynanın müdafiə qabiliyyətini xeyli artıracaq və döyüş meydanında üstünlük əldə etməsinə yardım edəcək.

Aysel Əliyeva
Globalinfo.az