Balıqların kütləvi ölümünün səbəbi bu imiş… – VİDEO

Balıqların kütləvi ölümünün səbəbi bu imiş... - VİDEO

Sosial şəbəkələrdə Abşeron rayonu Məhəmmədi kəndində göldə balıqların kütləvi ölümünü əks etdirən görüntülər ictimaiyyətdə narahatlıq yaradıb. Artıq müvafiq qurumlar məsələni nəzarətə götürdüyünü, araşdırmaların başladığını açıqlayıb. Lakin bu istiqamətdə müxtəlif versiyalar hələ də müzakirə edilir. Məsələn, bəzi ekspertlər deyir ki, kütləvi təlafat suda həll olmuş oksigen miqdarının qeyri-optimal səviyyəyədək azalması ilə bağlıdır.

Reallıq nədir? Balıqlar hansı səbəbdən ölə bilərlər?

Globalinfo.az-a danışan ekoloq alim Telman Zeynalov deyib ki, proses birbaşa sahibkarlarla əlaqəlidir:

Balıqların kütləvi ölümünün səbəbi bu imiş... - VİDEO

Telman Zeynalov

“Onlar dəniz kənarını zəbt ediblər, qanunsuz addımlar baş alıb gedir. Restoran sahibləri balıqları tokla, qumbara ilə ovlayırlar. Nəticədə çox sayda balıq tələf olur. İşbazlar dənizi də “ələ keçiriblər”. Hara baxırsan, kafe, restorandır. Milli Məclisdə bununla bağlı qərar qəbul edilməlidir”.

 

SOS!!!
Bu görüntülər 03.06.2025-ci il tarixdə Abşeron yarımadasında çəkilib. Çox narahat edici görüntüdür, səlahiyyətli orqan, ETSN’dən açıqlama gözləyirik 🤷🫤
Dəqiq məlumatı olanlardan xahiş edirik, bu paylaşımın altında qeyd etsinlər.

Posted by Balıqçılar Klubu on Tuesday, June 3, 2025

Zaira Akifqızı
Globalinfo.az