Rəqsanənin bu görüntüləri narazılıq yaratdı – VİDEO

Rəqsanənin bu görüntüləri narazılıq yaratdı - VİDEO
Müğənni Rəqsanə İsmayılovanın son görüntüləri tənqid edilib.

Globalinfo.az xəbər verir ki, ifaçı sosial media hesabında yeni yemək videosu paylaşıb.

Kotlet bişirən R.İsmayılovanın əlləri diqqət çəkib.

İzləyicilərin çoxu “O dırnaqlarla bişirilən yemək necə yeyilir”, “Qurban olum sizə, əlcək geyinin, nə qədər təmiz olsanız da, gözəl görüntü deyil”, “Əti o dırnaqlara niyə qarışdırırsınız”, “Hər şey yaxşıdı, o dırnaqdan başqa” və sair tipli şərhlər yazaraq, müğənnini qınayıblar.

Bir qisim isə İsmayılovanı dəstəkləyərək yeməyi öz evi üçün bişirdiyini vurğulayıb.

 

View this post on Instagram

 

Shared post on

Leyla Əlisoy
Globalinfo.az