i 4 2

“OpenAI” şirkətinin hazırladığı məşhur süni intellekt çat-botu “ChatGPT”nin fəaliyyətində bir sıra ölkələrdə nasazlıqlar müşahidə olunub.

Globalinfo.az xəbər verir ki, bu barədə məşhur internet resurslarının işləmə vəziyyətini izləyən “Downdetector” saytı məlumat yayıb.

Verilən məlumata görə, təxminən 1600 nəfər çat-botun fəaliyyəti ilə bağlı şikayət edib. Bundan əlavə, istifadəçilərin 7 faizi “OpenAI” saytında, 2 faizi isə girişdə çətinliklər yaşadığını bildirib.

Ən çox şikayətin ABŞ-dan daxil olduğu qeyd olunur.

Aysel Əliyeva
Globalinfo.az

Paylaş: