“Ukrayna öz silah istehsalını artırır”.
Globalinfo.az xəbər verir ki, bunu prezident Volodimir Zelenski deyib.
O bildirib ki, bu il ölkə 100 raket həddini keçib.
“Birinci növbədə bizim xüsusi istehsalımız, strateji sənayemiz və silahlarımız dayanır. Aleksandr Kamışinin hesabatı var. Bu il biz bir neçə sahədə mühüm nəticələr əldə edə bildik. Söhbət Ukrayna artilleriyasından, xüsusən də mərmilərdən və toplardan gedir. Bu, həm də müxtəlif tapşırıqlar üçün nəzərdə tutulmuş dronlardır ki, onlar nəinki cəbhədəki mövqelərimizi müdafiə edir, həmçinin Rusiyanın dərinliklərinə zərbə endirmək imkanı yaradır. Biz istehsalı artıracağıq”, – deyə Ukrayna Prezidenti vurğulayıb.
Müşviq Tofiqoğlu
Globalinfo.az