Ukrayna Prezidenti Volodimir Zelenski amerikalı həmkarına müdafiə-sənaye və ticarət sahələrində əməkdaşlıqla bağlı yeni təkliflərin yer aldığı məktub göndərib.

Globalinfo.az Publika.az-a istinadən xəbər verir ki, bu barədə Ukrayna Prezident Admnistrasiyası məlumat yayıb.

Qeyd edilib ki, ukraynalı siyasətçi məktubu Romada ABŞ-ın vitse-prezidenti J.D.Vens və dövlət katibi Marko Rubio ilə görüşdən sonra hazırlayıb.

“Ukrayna və ABŞ arasında iqtisadi tərəfdaşlıq haqqında sazişin həyata keçirilməsinə xüsusi diqqət yetirilir”, – press-relizdə deyilir.

Paylaş: