Rusiya xarici işlər nazirinin müavini Aleksandr Qruşko İsveçrənin Moskvadakı səfiri Kristina Marti Lanqla görüş zamanı bu ölkənin neytrallıq prinsipindən uzaqlaşmasının və anti-Rusiya kursuna qoşulmasının ikitərəfli münasibətlər üçün ən mənfi nəticələrə səbəb olduğunu bildirib.
Globalinfo.az xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyi məlumat yayıb.
Nazirlikdən verilən açıqlamada qeyd olunub ki, danışıqlar zamanı Rusiya–İsveçrə münasibətlərinin cari mərhələdəki bəzi məqamları müzakirə olunub.
“Görüşdə Konfederasiyanın neytrallıq prinsiplərindən uzaqlaşması və NATO ilə Aİ-nin anti-Rusiya kursuna inteqrasiya olunmasının ikitərəfli münasibətlərin vəziyyətinə son dərəcə mənfi təsir göstərdiyi vurğulanıb”, – deyə nazirlikdən bildirilib.
*** 20:00
Rusiya XİN başçısının müavini İsveçrə səfirinə xəbərdarlıq edib.
Globalinfo.az xəbər verir ki, bu barədə TASS məlumat yayıb.
İsveçrə səfirinə bildirilib ki, anti-Rusiya siyasəti özü ilə mənfi nəticələr gətirəcək.
Xəbər yenilənir…
Aysel Əliyeva
Globalinfo.az