armen qriqoryan 1

“Ermənistanla Azərbaycan arasında sülh müqaviləsinin imzalanması ilə bağlı prosesdə hər hansı yenilik yoxdur”.

Globalinfo.az xəbər verir ki, bunu Ermənistanın Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan jurnalistlərin suallarını cavablandırarkən deyib.

O, yeni məlumat olacağı halda ictimaiyyətə açıqlanacağını söyləyib. 

Xatırladaq ki, mart ayında sülh müqaviləsi mətninin bütün maddələrinin tam razılaşdırıldığı və bu istiqamətdə danışıqların başa çatdığı açıqlanıb.

Ayşən Mustafa
Globalinfo.az 

Paylaş: