kiyev 1

“Ukraynanın Rusiyaya yönəlmiş istənilən təxribatına, o cümlədən may atəşkəsi zamanı ehtimal olunan hər şeyə 7 dəfə cavab verilməlidir”.

Globalinfo.az xəbər verir ki, bunu Dövlət Dumasının deputatı Aleksey Çepa deyib.

O, niyə məhz bu rəqəmi seçdiyini açıqlayıb:

“Yeddi bir çox dinlərdə də yaxşı rəqəm kimi qəbul edilir. Ona görə də Rusiyaya qarşı hər hansı təxribata yeddi qat cavab verilməlidir. Əgər düşmən, məsələn, körpüyə hücum edirsə, o zaman Rusiya hərbçilərinin Ukraynanın yeddi körpüsünə hücum etmək hüququ var və sair”.

Deputatın sözlərinə görə, Kiyev bundan sonra bütün cinayətlərə görə məsuliyyət daşımalı olacağını biləcək.

Günay Rəsulqızı
Globalinfo.az

Paylaş: