Screenshot 2025 05 07 195431

Ermənistan parlamentinin deputatı Anna Qriqoryanın iradları Nikol Paşinyanı yerinə əyləşəndən sonra da narahat edib. Belə ki, Baş nazir yerindən qalxaraq hədə-qorxular səsləndirərək müxalifətə doğru irəliləyib. 

Globalinfo.az xəbər verir ki, parlamentdə baş verənlərin görüntüləri Ermənistan mediasında yayılıb.

Anna Qriqoryanın dövlət büdcəsinin sərf edilməsi ilə bağlı düşüncələri və iradları ilə barışmayan Paşinyan masasından qalxaraq müxalifətə doğru irəliləyib və onların ünvanına “axmaqlar, sizi ayaqlarınızdan asaram, bəsdirin” kimi ifadələr işlədib.

Parlament sədri Alen Simonyan baş verənlərlə əlaqədar təcili fasilə elan edib.

*** 19:54

Nikol Paşinyanın Ermənistan parlamentində çıxışı etirazla qarşılanıb. 

Globalinfo.az xəbər verir ki, bu barədə Ermənistan mediası məlumat yayıb.

Belə ki, onun parlamentdə çıxışı zamanı zaldan etiraz səsləri gəlib. Nikol Paşinyan etirazlara əsəbi halda cavab verərək kürsünü tərk edib.

Parlament sədri Alen Simonyan etiraz edənləri sakitliyə çağırıb.

Aysel Əliyeva
Globalinfo.az

Paylaş: