large group people are standing line with mountains background scaled

İsveç miqrantlara ölkədən çıxmaq üçün edilən ödənişi 32 min avroya qədər artırmağa hazırdır.

Globalinfo.az xəbər verir ki, bunu ölkənin Baş naziri Ulf Kristersson deyib.

Onun sözlərinə görə, miqrasiya məsələsini artıq nəzarətə götürmək lazımdır.

Hazırda İsveç miqrantlara ölkədən çıxış üçün 900 avro ödəyir, lakin bu, artıq təsir gücünü itirdiyindən hökumət bu ödənişi artırmağı düşünür.

Təşəbbüsün 2026-cı il yanvarın 1-dən qüvvəyə minməsi gözlənilir.

Aysel Əliyeva
Globalinfo.az

Paylaş: