Bakı-Ağstafa marşrutu üzrə əlavə qatar reysləri təyin edildi – FOTO

Bakı-Ağstafa marşrutu üzrə əlavə qatar reysləri təyin edildi - FOTO

“Azərbaycan Dəmir Yolları” QSC (ADY) Bakı-Ağstafa-Bakı marşrutuna artan sərnişin tələbatını təmin etmək məqsədilə bu xətt üzrə mayın 9-dan 11-dək əlavə qatar reysləri təyin edir.

Globalinfo.az bu barədə səhmdar cəmiyyətinə istinadən xəbər verir.

Məlumata görə, Bakı-Ağstafa-Bakı qatarları ilə ənənəvi qrafiklə hər gün hər iki istiqamətə səfər etmək mümkündür.

“Hərəkət cədvəli və biletlər haqqında məlumatları dəmiryol vağzallarının kassalarından, saytımızdan (www.ady.az), “ADY Mobile” tətbiqindən və ya 7/24 fəaliyyət göstərən 1822 Əlaqə Mərkəzindən əldə edə bilərsiniz”, – deyə məlumatda qeyd edilib.

Bir ‎təyyarə və ‎bunu deyən yazı "‎ADY Bakı- -Ağstafa -Bakı marşrutu üzra harakat qrafiki 9 11 may Bakı- Ağstafa 08:00 Bakı- Ağstafa Ağstafa Bakı 09:15 08:20 Bakı- Ağstafa Ağstafa- Bakı 18:00 16:40 Ağstafa Bakı 17:00 AĞSTAFA BAKI س 02A A 02 ADY STADLER‎"‎‎ şəkili ola bilər