Rusiya generalının ölümündə şübhəli bilinən şəxs saxlanılıb.
Globalinfo.az xəbər verir ki, bu barədə Rusiya Federal Təhlükəsizlik Xidməti (FSB) məlumat yayıb.
Şübhəli şəxsin Ukrayna xüsusi xidmət orqanlarının agenti olduğu iddia edilən 42 yaşlı İqnat Kuzin olduğu müəyyənləşdirilib. O, terror aktı törətməkdə və nəticədə Rusiya Baş Qərargahının Əsas Operativ İdarəsinin rəis müavini, general-leytenant Yaroslav Moskalikin ölümünə səbəb olmaqda şübhəli bilinir.
FSB-nin məlumatına görə, İqnat Kuzin generalın hədəfə alınması üçün “Volkswagen” markalı avtomobili minalayıb. Partlayış uzaqdan, Ukrayna ərazisindən idarə olunub və Moskalik mənzilindən çıxan anda avtomobil partladılıb.
Araşdırmalar nəticəsində müəyyən olunub ki, Ukraynanın Sumı vilayətində anadan olan və əvvəllər Rusiya Federasiyasının Karaçay-Çərkəz Respublikasında yaşamış Kuzin general-leytenantın yaşadığı binada mənzil kirayələyib. 19 aprel tarixində isə o, Türkiyəyə qaçıb.
Türkiyədə saxlanılan Kuzin Rusiya İstintaq Komitəsinə təhvil verilib.
Hadisə ilə bağlı terror aktı və partlayıcı maddələrin qanunsuz dövriyyəsi maddələri üzrə cinayət işi açılıb.
Aysel Əliyeva
Globalinfo.az














