ABŞ Prezidenti Donald Tramp Vatikanda Ukrayna Prezidenti Volodimir Zelenski ilə görüşünü davam etdirməkdən imtina edib.
Globalinfo.az xəbər verir ki, bu barədə “RBK-Ukrayna” agentliyi məlumat yayıb.
Məlumata görə, Trampın iş qrafiki onun Romadakı görüşləri tez bitirməsini tələb edib. Belə ki, ABŞ Prezidenti Roma Papası Fransiskin dəfn mərasimi başa çatan kimi şəhəri tərk etməli olub. Agentlik bildirir ki, Tramp və Zelenski Müqəddəs Pyotr kilsəsində təxminən 15 dəqiqə davam edən qısa bir görüş keçiriblər.
Qeyd edək ki, daha əvvəl “Sky News” Tramp və Zelenskinin danışıqları mərasimdən sonra davam etdirmək barədə razılığa gəldiyini bildirmişdi.
Aysel Əliyeva
Globalinfo.az