KXDR lideri Kim Çen İn ölkənin Hərbi Dəniz Qüvvələrinin yeni nəsil ilk esminesinin suya endirilməsi mərasimində iştirak edib.
Globalinfo.az oxu.az-a istinadən bildirir ki, bu barədə Şimali Koreyanın Mərkəzi Teleqraf Agentliyi (KCNA) məlumat yayıb.
5 000 ton subasımlı gəmi təxminən 400 günə inşa edilib. Kim Çen İnin sözlərinə görə, yeni esminesin suya endirilməsi tarixi əhəmiyyət daşıyır.
“Yeni nəsil №1 çoxməqsədli hücum esminesinin suya endirilməsi dəniz suverenliyinin müdafiəsində gücün möhkəmləndirilməsi üçün zəruridir və qabaqcıl dəniz dövlətinin qurulması yolunda başlanğıc nöqtəsidir”, – deyə Kim bəyan edib.
Qeyd olunur ki, gəmiyə “Çxve Hen” adı verilib.



