1667631091 1659422730 ceyhun bayramov

“Avropa İttifaqından olan həmkarlar Azərbaycan-Ermənistan münasibətlərində ölkəmizin mövqeyini yaxşı bilirlər”.

Globalinfo.az xəbər verir ki, bu fikirləri Azərbaycan Respublukasının xarici işlər naziri Ceyhun Bayramov deyib.

“Azərbaycan sülh müqaviləsinin imzalanması üçün Ermənistanın konstitusiya dəyişikliyinə getməsini, ATƏT-in Minsk qrupunun ləğvini tələb edir. Ermənistanın sürətlə silahlanması təhdid mənbəyi kimi qalmaqdadır. Rəsmi İrəvanda revanşist meyillərin olduğu müşahidə edilir. İki gün öncə Ermənistan paytaxtında kütləvi yürüş zamanı Azərbaycan və Türkiyəyə qarşı səslənən qərəzli fikirlər, bayraqlarımızın yandırılması qəbuledilməzdir. Analoji addım dünən Fransada da baş verib. Həmin ölkələrdən gözləntilərimiz digər ölkələrin dövlət rəmzlərinə hörmətlə yanaşılması, bənzər addımların atılmasının qarşısının alınmasıdır”, – C.Bayramov qeyd edib.

Paylaş: