“İranın ali rəhbərinin Rusiya Prezidenti Vladimir Putinə mesajı dünyaya Moskvanın Tehranın strateji tərəfdaşı olduğunu göstərir”.
Globalinfo.az xəbər verir ki, bunu İranın xarici işlər naziri Abbas Araqçı deyib.
“Bu mesaj təkcə Rusiya lideri cənab Putinə ünvanlanmayıb, digər tərəfdən bütün dünyaya İranın Rusiyanı özünün strateji tərəfdaşı və mühüm qonşusu hesab etdiyinə dair bir siqnal kimi göndərilib”, – Araqçı vurğulayıb.
XİN başçısı ötən gün Ayətullah Əli Xameneinin məktubunu Vladimir Putinə çatdırdığını təsdiqləyib.
Qeyd edək ki, bu gün Abbas Araqçı ilə Rusiyanın xarici işlər naziri Sergey Lavrov arasında görüş gözlənilir.
Ayşən Mustafa
Globalinfo.az