
Bir müddət əvvəl “Sevgi Uşaq Sığınacağı”ndakı görüntüləri ilə gündəmə gələn balaca Aysunun anası sosial şəbəkələrdə Azərbaycan Uşaqlar Birliyinin sədri Kəmalə Ağazadə haqqında xoşagəlməz fikirlər səsləndirib. O, K.Ağazadənin içki aludəçisi olduğunu, onları sığınacağa yerləşdirmədiyini iddia edib.
Məsələ ilə bağlı Globalinfo.az-a danışan Kəmalə Ağazadə Aysunun sığınacağa yerləşdirilməməsinin səbəbini açıqlayıb:
“Qadın sığınacağa yerləşdirilməsi üçün efirə gəlmişdi. Mənə uşağın ağ ciyərində xəstəlik olduğunu bildirdilər. Mən də demişəm ki, ilk növbədə uşağı müayinə və müalicə etmək lazımdır. Deməmişəm ki, uşağı sığınacağa qəbul etmərəm. Hətta dedik ki, TƏBİB və ya digər səhiyyə müəssisələrindən birinə yerləşdirək, sağaldıqdan sonra sığınacağa götürək. Mən uşağı xəstə halda necə qəbul edə bilərdim?! Səbəb anaya da izah olunub”.
Zaira Akifqızı
Globalinfo.az