kursk

Ukrayna ordusunun 500 əsgəri Kursk vilayətində Rusiyaya təslim olub.

Globalinfo.az xəbər verir ki, bu barədə Rusiya təhlükəsizlik qüvvələrinin nümayəndəsi məlumat yayıb.

“Həmçinin aralarında əcnəbi muzdlu – kolumbiyalı Pablo Puertes olub. Ukrayna əsgərlərinə Rusiya mövqelərinə basqın etmək əmri verilib. Lakin onlar bütövlükdə əsir götürülüblər”, – deyə bildirilib.

Qeyd edək ki, Qornal və Oleşnya Kursk vilayətində Ukrayna Silahlı Qüvvələrinin nəzarətində olan sonuncu yaşayış məntəqələridir.

Əliyar Xəlil
Globalinfo.az

Paylaş: