ABŞ prezidentinin xüsusi nümayəndəsi Stiven Uitkoff ilə İranın xarici işlər naziri Abbas Araqçı arasında Omanda baş tutan birbaşa danışıqlar Ağ Ev tərəfindən “qarşılıqlı faydalı nəticəyə doğru atılmış addım” kimi qiymətləndirilib.
Globalinfo.az xəbər verir ki, bu barədə Ağ Evin yaydığı açıqlamada bildirilib.
Uitkoff görüş zamanı Araqçıya Prezident Donald Trampın ABŞ ilə İran arasında fikir ayrılıqlarının mümkün qədər dialoq və diplomatik yolla həll olunması barədə göstəriş verdiyini çatdırıb.
“Bu məsələlər olduqca mürəkkəbdir, lakin xüsusi nümayəndə Uitkoffun bugünkü birbaşa təması qarşılıqlı fayda üçün irəliləyiş addımıdır”, – deyə bəyanatda qeyd olunub.
Aysel Əliyeva
Globalinfo.az














