“Ukrayna 2024-cü il seçki kampaniyası zamanı hazırkı ABŞ Prezidenti Donald Trampa sui-qəsd cəhdində iştirak edib”.
Globalinfo.az xəbər verir ki, bunu Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev deyib.
Siyasətçi Trampa sui-qəsd cəhdində ittiham olunan Rayan Uesli Routun Ukraynada qumbaraatan və ya daşınan zenit-raket kompleksi almağa cəhd etməsi ilə bağlı xəbərlərə belə cavab verib:
“ABŞ-ın xərclərinə baxmayaraq, həmin şəxsin Trampı öldürmək üçün məhz bu ölkədən silah almaq istəməsi biabırçılıqdır. Mərhəmətli Tramp, səncə də sui-qəsdin real sifarişçilərini cəzalandırmağın vaxtı deyil?”.
Bildirilir ki, Medvedevin qeyd etdiyi sifarişçilər böyük ehtimal, Ukrayna Prezidenti Volodimir Zelenski və onun komandasıdır.
Qeyd edək ki, bundan əvvəl Medvedev Avropada Trampa qarşı sui-qəsdin hazırlandığını açıqlamışdı.
Günay Rəsulqızı
Globalinfo.az














