
Parisdə “Milli Birlik” partiyasının parlament fraksiyasının rəhbəri Marin Le Penin dəstəkləmək üçün minlərlə insan küçələrə axışıbq
Globalinfo.az “RİA Novosti”yə istinadən xəbər verir ki, Voban meydanındakı mitinqdə etirazçılar Fransa Prezidenti Emmanuel Makronun istefasını tələb ediblər.
Le Pen təhlükəsizlik qüvvələrinin müşayiəti ilə avtomobildə mitinqə gəlib. Partiyanın rəhbəri Jordan Bardella Le Penə qarşı məhkəmə qərarını demokratiyaya birbaşa hücum və milyonlarla vətənpərvər fransıza vurulan zərbə kimi qiymətləndirib.
Xatırladaq ki, 31 mart tarixində məhkəmə Le Peni parlament köməkçiləri işində günahkar hesab edib. Ona 4 il həbs cəzası verilib (onlardan 2-i şərti olmaqla) və 5 il müddətinə dövlət vəzifələrinə seçilməsi qadağan edilib.