İngiltərə Premyer Liqasında XXXI turun görüşləri davam edir.
Globalinfo.az xəbər verir ki, turun mərkəzi matçında Mançester şəhərinin təmsilçiləri üz-üzə gəlib.
“Mançester Yunayted” öz meydanında “Mançester Siti” ilə qarşılaşıb.
Tərəflərin səylərinə baxmayaraq, görüşdə qalibi müəyyən etmək mümkün olmayıb. Qarşılaşma qolsuz heç-heçə ilə yekunlaşıb.
Hazırda “şəhərlilər” 52 xalla turnir cədvəlində ilk 5-liyi qapayırlar. “Qırmızı şeytanlar” isə 38 xalla 13-cü pillədə qərar tutublar














