rubio

Avropa Ukraynanın təhlükəsizliyi üçün konkret tədbirlər təklif etməlidir.

Globalinfo.az xəbər verir ki, bu barədə ABŞ dövlət katibi Marko Rubio “X” sosial şəbəkə hesabında yazıb.

Rubio bildirib ki, Avropa ölkələri Ukraynanın təhlükəsizliyinin təmin olunması üçün real addımlar atmalıdır.

“Bizə daha az söz, daha çox əməl lazımdır. Avropa Ukrayna xalqının təhlükəsizliyini təmin etmək üçün konkret təkliflər irəli sürməlidir”, – deyə Rubio qeyd edib.

Bundan əvvəl Brüsseldə NATO-ya üzv ölkələrin xarici işlər nazirlərinin görüşündən sonra keçirilən mətbuat konfransında Rubio ABŞ-ın

Ukraynada sülh yolu ilə nizamlanmaya dair nikbinliyini qoruduğunu, lakin danışıqlar prosesinin asan olmayacağının da fərqində olduqlarını qeyd edib.

Aysel Əliyeva
Globalinfo.az

Paylaş: