ad30e90a 3bc5 3434 b1fd c8e17ab285e0 850

PKK terror təşkilatı üçün Türkiyədə fəaliyyət göstərən isveçli “jurnalist” Kaj Joakim Medin “Prezidentə təhqir” və “silahlı terror təşkilatına üzv olmaq” maddələri ilə həbs olunub.

Globalinfo.az “Report”a istinadla xəbər verir ki, bu barədə “Yeni Şafak” məlumat yayıb.

Medin 2023-cü ilin yanvarın 11-də İsveçin Stokholm şəhərində Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın maketini asıb. Yanvarın 13-ə onun barəsində istintaq başladılıb.

İstintaq çərçivəsində Medin də daxil olmaqla, 15 nəfər şübhəli şəxs saxlanılıb.

İsveçli “jurnalist”in dünən bir müddət əvvəl İstanbul Böyük Şəhər Bələdiyyəsinin sədri Əkrəm İmamoğlunun həbsindən sonra başlayan aksiyaları işıqlandırmaq üçün İstanbula getdiyi müəyyənləşib. O, dərhal saxlanılıb, sonra isə həbs olunub.

4bcb28e9 687a 36ce 8ed8 58886aa4315c d1d9db79 b77c 35c5 aa16 942eb22aae90

Paylaş: