a16987d9 2ad5 3a42 bd97 a29c3ef0b66b 850


Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sabiq sədri Vasif Talıbov istefa verməmişdən bir gün əvvəl Bakı şəhərindən Naxçıvana qayıtmışdı.

Globalinfo.az TNS-ə istinadən xəbər verir ki, V.Talıbov ilk dəfə hava limanının Prezident çıxışından istifadə etməmiş, xidməti maşını onu təyyarənin trapının yanında qarşılamamışdı. O, digər deputatlar kimi, Naxçıvan Beynəlxalq Hava Limanının VİP salonundan keçmişdi. Vasif Talıbovu oğlu Seymur Talıbov qarşılayaraq öz şəxsi avtomobili ilə Naxçıvan şəhərinə aparmışdı.

Həmin günədək Vasif Talıbov Bakı şəhərinə gəlib-qayıdarkən hava limanının Prezident salonundan istifadə edirdi. O ərazi digər sərnişinlər üçün qapalıdır, yəni Vasif Talıbovu hava limanının ərazisində heç kim görmürdü. İstefasından bir gün əvvəl isə Talıbov adi sərnişin kimi Naxçıvana qayıtmışdı.

Vasif Talıbovun təbliğatını aparanlar bu informasiyanın yanlış olduğunu bildirirdi

 

Paylaş: