ermensitan irevan

“Rusiyanın Ermənistan və Azərbaycan arasındakı sülh prosesinə müdaxilə ehtimalı həmişə olub”.

Globalinfo.az xəbər verir ki, bunu Ermənistanın xarici işlər nazirinin müavini Paruyr Ovannisyan deyib.

O, Moskvanın sülh danışıqları və saziş sənədinin imzalanması üçün platforma təklifinə münasibət bildirib:

“Kremlin prosesə müdaxilə ehtimalı həmişə olub. Bu yaxınlarda Rusiya ilə məsləhətləşmələrimiz baş tutdu. Biz prosesə töhfə verə biləcək bütün tərəfdaşların təkliflərinə cavab verir və müzakirə aparırıq”.

Əliyar Xəlil
Globalinfo.az 

Paylaş: