ABŞ Prezidenti Donald Tramp son müsahibəsində bildirib ki, onun prezidentliyi dövründə Rusiya Ukrayna ərazisi də daxil olmaqla hərbi müdaxilələr etməyib.
Globalinfo.az xəbər verir ki, bu barədə “Nyu York Tayms” qəzeti məlumat yayıb.
“Mən prezident olanda Rusiya Prezidenti Vladimir Putin heç nəyə qarışmırdı. Gürcüstanda hərbi əməliyyatlar və Krımın ilhaqı kimi Rusiyanın iştirakı ilə böyük münaqişələr sələflərim Corc Buş və Barak Obamanın dövründə baş verib. Rusiyanın Ukraynaya müdaxiləsi prezident Co Baydenin dövründə başlayıb. Deməli, mən Putini çox yaxşı tanıyıram”, – deyə Ağ Ev rəhbəri vurğulayıb.
O, həmçinin Putinlə ünsiyyətinin rasional olduğunu deyib.
“Bizim çox rasional müzakirələrimiz olub və mən sadəcə insanların ölməsini dayandırmaq istəyirəm. Putinlə yanaşı, əslində Ukrayna prezidenti Volodimir Zelenski ilə də əlaqələrim yaxşıdır”.
Əliyar Xəlil
Globalinfo.az














