Londonun cənub-şərqində elektrik yarımstansiyasında güclü partlayış baş verib.
Globalinfo.az xəbər verir ki, partlayış Heys rayonunda baş verib.
Nəticədə Hitrou hava limanı elektriksiz qalıb və güclü yanğın başlayıb.
London Yanğınsöndürmə Briqadası bildirib ki, hadisə yerinə təxminən 70 yanğınsöndürən cəlb edilib.
Səbəb hələlik məlum deyil.
Eyni zamanda Hitrou hava limanı yanğına görə müvəqqəti bağlandığını elan edib.
Əliyar Xəlil
Globalinfo.az