44 günlük müharibədəki məğlubiyyət ilk növbədə siyasi fikrin məğlubiyyətidir.
Globalinfo.az xəbər verir ki, bunu erməni politoloq Stepan Daniyelyan deyib.
Onun sözlərinə görə, Ermənistan artıq beynəlxalq aləmdə müstəqil oyunçu hesab edilmir:
“Balansın saxlanılması üçün kiçik və böyük ölkələr dialoq aparmalıdırlar. Əgər ölkə bəyan edirsə ki, dövlətdir və müstəqil siyasət yürüdür, onun müttəfiqləri Rusiya, ABŞ, İran və hətta Türkiyə də ola bilər. Əgər ölkəyə müstəqil olmayan subyekt kimi baxılırsa, onunla dialoq dayandırılır və danışıqlar sahibi ilə aparılır. Yəni ölkənin müttəfiqləri yox, yalnız sahibi olur”.
Gülnar Səlimova
Globalinfo.az