Rusiya və ABŞ Prezidentlərinin telefon danışığından sonra Moskvada ABŞ səfirliyinin binasının yanında işlər görülüb.
Globalinfo.az xəbər verir ki, bununla bağlı görüntülər sosial şəbəkələrdə yayılıb.
Səfirliyin yanında quraşdırılmış “Z V O” hərfləri ərazidən götürülüb, onun yerinə “Biz birlikdəyik” sözləri quraşdırılıb.
Qeyd edək ki, səfirliyin yanına hərflər 2023-cü ilin noyabrında yerləşdirilmişdi.
Aysel Əliyeva
Globalinfo.az