“Vətəndaş Hüquqları” İnstitutunun rəhbəri Bəşir Süleymanlı həbs edilib.
Globalinfo.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, o, Baş Prokurorluğun İstintaq İdarəsi tərəfindən aparılan araşdırma nəticəsində cinayət məsuliyyətinə cəlb edilib.
B.Süleymanlı vəzifə səlahiyyətlərindən sui-istifadə etmə, vəzifə saxtakarlığı və cinayət yolu ilə əldə edilmiş pulları leqallaşdırma maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb olunub.
Binəqədi Rayon Məhkəməsinin qərarı ilə barəsində 3 ay 28 günlük həbs qətimkan tədbiri seçilib.
***
“Seçki Müşahidə” Alyansının rəhbəri Məmməd Məmmədzadə və Altay Məmmədli də cinayət məsuliyyətinə cəlb edilib.
A.Məmmədli barəsində 3 ay 28 günlük həbs qətimkan tədbiri seçilib. Birazdan M.Məmmədzadə barəsində qərar veriləcək.