“Azərbaycan və Ermənistan arasında sülh müzakirələri mətnin razılaşdırılması kimi mühüm bir hadisə ilə yekunlaşdı”.
Globalinfo.az xəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan deyib.
“Mətnin dərc olunmasına gəldikdə, açığı, təcrübəyə nəzər yetirmək lazımdır. Bu mətndə cəmiyyətimizdən gizlin heç bir şey yoxdur, hər bənd bu və ya digər qaydada dərc olunub. Mən düşünmürəm ki, cəmiyyətin bu mətndən xəbərsiz olduğunu deyə bilərik”, – o vurğulayıb.
Baş nazir sazişin imzalanma vaxtından da danışıb.
“Biz razılaşmanı imzalamağa, bununla bağlı tarix və məkan danışıqlarına hazırıq. Azərbaycan XİN ikitərəfli formatda danışıqlara hazır olduqlarını bildirən bəyanatla çıxış edib. Onların öz fikirləri var, bizim öz fikirlərimiz və güman edirəm ki, danışıqlar zamanı bu fikirləri yaxınlaşdıra biləcəyik”, – Paşinyan əlavə edib.
Aysel Əliyeva
Globalinfo.az














